Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Artıq Rrusiyada çevriliş başlayıb..." - Ukrayna kəşfiyyatı

Ukrayna kəşfiyyatının rəhbəri müharibənin bitəcəyi tarixi açıqladı...

Rusiyanın Ukraynaya qarşı başladığı müharibə avqust ayında dönüş nöqtəsinə çatacaq və ilin sonuna başa çatacaq.

Ukraynanın Baş kəşfiyyatçısı Kirill Budanov belə hesab edir.

Artıq Rusiyada Vladimir Putini devirmək məqsədilə çevriliş baş verir. Bu barədə də Ukrayna Müdafiə Nazirliyi Baş kəşfiyyat Idarəsinin rəisi Kirill Budanov «Sky News»-ə müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, Kremlin başçısı ciddi xərçəng xəstəsidir.. Kəşfiyyat rəhbəri əlavə edib ki, Putinin daha bir neçə ciddi xəstəliyi var:

Budanov həm də qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə avqust ayında dönüş nötəsinə çatacaq və ilin sonuna başa çatacaq: “Putinin psixo-emosional və fizioloji vəziyyəti də pisdir. Avqustun ikinci yarısı dönüş nöqtəsi olacaq, bu ilin sonuna kimi aktiv döyüş əməliyyatlarının əksəriyyəti başa çatacaq. Nəticədə, biz itirdiyimiz bütün ərazilərimizdə, o cümlədən Donbasda və Krımda Ukrayna hakimiyyətini bərpa edəcəyik… Avropa Rusiyanı böyük təhlükə olaraq görür. Onun təcavüzündən qorxurlar. Biz Rusiya ilə səkkiz ildir ki, müharibə edirik və deyə bilərik ki, geniş reklam edilmiş rus gücü sadəcə mifdir. O, deyildiyi qədər də güclü deyil. Bu, sadəcə silahlı adamlar dəstəsidir”.

Onun sözlərinə görə, Rusiyanın taktikası dəyişməyib, baxmayaraq ki, müharibə şərqə doğru irəliləyib və əlavə edib ki, Rusiya böyük itkilər verir.

Baş kəşfiyyatçı deyir ki, müharibədə Rusiyanın uğursuzluğuna təəccüblənmir. «Biz, düşmənimiz barədə hər şeyi bilirik. Biz, onların planları barədə demək olar, o andaca xəbər tuturuq» - o, qeyd edib.

Qeyd edək ki, Budanov Rusiyanın işğalının nə vaxt baş verəcəyini vaxtında deyib və indi o, müharibənin nə zaman bitəcəyi ilə bağlı proqnozuna da əmindir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay